"Kaspersky Lab": DDoS hücumları yenidən artıb

"Kaspersky Lab": DDoS hücumları yenidən artıb Cinayətkarlar DDoS hücumlardan daha çox şantaj üçün istifadə edirlər
İKT
24 Avqust , 2017 15:32
Kaspersky Lab: DDoS hücumları yenidən artıb

Bakı. 24 avqust. REPORT.AZ/ Bu ilin II rübündə kibercinayətkarların qlobal arsenalına uzunmüddətli DDoS hücumları yenidən qayıdıb. “Kaspersky Lab” şirkətindən "Report"a daxil olan məlumata görə, rekord müddət 277 saat təşkil edir. Bu da I rübə (120 saat) nisbətən 131% yüksəkdir və demək olar ki, 2016-ci ilin II rübün (291 saat) rekord həddinə çatır.

"Lakin bu hesabat dövrü üçün artan uzunmüddətlilik DDoS-un yeganə fərqli xüsusiyyəti deyil. 2017-ci ilin II rübündə 86 ölkədən hədəfə hücumlar qeydə alınıb. Bu da ötən rübdən 14 dəfə, 2016-cı ilin II rübündən isə 16 dəfə artıqdır. Rusiya ilk onluqda 6-cı yeri tutaraq DDoS hücumların ən çox qeydə alındığı Top-10 ölkə siyahısındadır. Rusiyadan başqa ilk onluğa Çin, Cənubi Koreya, ABŞ, Honkonq, Böyük Britaniya, İtaliya, Niderland, Kanada və Fransa daxildir. İkinci rübdə DDoS hücumlarından zərərçəkənlər arasında nüfuzlu fransız qəzetləri “Le Mondo” və “Fiqaro”, Qətərin “Al Jazeera” xəbər agentliyi, eləcə də “Skype” serveri yer alır", - deyə şirkətin məlumatında qeyd edilib.

“Kaspersky Lab” şirkətinin analitikləri daha bir tendensiyanı qeyd edirlər ki, DDoS hücumlar ən çox şantaj üçün istifadə edilir. Bu yanaşmaya “Ramson” və ya “RDoS” adı verilib. Cinayətkarlar hücuma məruz qalan şirkətlərə 5 mindən 200 bitkoinədək rüşvət tələb edən ismarıclar göndərir. Rüşvəti ödəməyəcəkləri təqdirdə isə qurbanın mühüm onlayn resurslarına DDoS hücumu təşkil etməklə hədələyirlər. Bu cür ismarıclar adətən güc tətbiqi göstərişi üçün qısamüddətli hücumlarla əvəz edilir. İyunun sonunda “Armada Collective” adlanan bir qrup onlayn servislərin işini pozmamaq vədi qarşılığında 7 Cənubi Koreya bankından 315 min ABŞ dolları tələb edib.

Bəzən pul əldə etmək üçün cinayətkarların hücuma keçməsinə belə ehtiyac qalmır. Cinayətkarlar bir çox şirkətləri DDoS hücumlarla hədələyərək böyük məbləğdə rüşvət tələb edirlər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, cinayətkarların hədələrinə uyan şirkətlər müəyyən mənfi nüfuz yarada və digər qrup cinayətkarları da hücuma həvəsləndirə bilərlər.

Son xəbərlər

Orphus sistemi