İnstaqramın işində yenidən problemlər yaranıb

İnstaqramın işində yenidən problemlər yaranıb Dünyanın bir sıra ölkələrində instaqram sosial şəbəkəsinin işində nasazlıq yaranıb.
İKT
8 Oktyabr , 2021 22:59
İnstaqramın işində yenidən problemlər yaranıb

Dünyanın bir sıra ölkələrində instaqram sosial şəbəkəsinin işində nasazlıq yaranıb.

"Report" xəbər verir ki, bu barədə məşhur internet resurslarının fəaliyyətini izləyən “Downdetector” xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, sosial şəbəkənin işindəki nasazlıqlar əsasən ABŞ, Kanada, Almaniya, Böyük Britaniya və digər ölkələrdə qeydə alınıb.

İstifadəçilərin 65 %-i sosial platformadakı problemlərdən, 21 % veb-saytın işləməməsindən şikayətlənirlər. İnstaqram istifadəçilərinin 13 %-i qeydiyyatdakı çətinliklərdən narazılıq edirlər.

Son xəbərlər

Orphus sistemi