İnstaqram yeni funksiyasını istifadəyə verib

İnstaqram yeni funksiyasını istifadəyə verib İnstaqram sosial şəbəkəsi kompüterdə brauzer vasitəsilə foto və videonun yükləməsi imkanını tətbiq edib.
İKT
728
22 Oktyabr , 2021 08:33
İnstaqram yeni funksiyasını istifadəyə verib

İnstaqram sosial şəbəkəsi kompüterdə brauzer vasitəsilə foto və videonun yükləməsi imkanını tətbiq edib.

“Report” xəbər verir ki, bu barədə sosial şəbəkənin mətbuat xidməti tviterdə yazıb.

"Biz nəhayət bu funksiyanı işə salmağa məmnunuq. İndi siz fotonu və müddəti 1 dəqiqəyə qədər olan videonu brauzer vasitəsilə birbaşa instaqrama yerləşdirə bilərsiniz", - sosial şəbəkədən qeyd edilib.

Qeyd edək ki, əvvəllər məzmun yükləmək qabiliyyəti ancaq mobil cihazlardan mövcud idi, brauzer vasitəsilə yalnız paylaşımları görmək və qiymətləndirmək mümkün idi.

Son xəbərlər

Orphus sistemi