İnstaqram yenə bəzi ölkələrdə işləmir

İnstaqram yenə bəzi ölkələrdə işləmir ABŞ-da instaqram sosial şəbəkəsinin işində problemlər müşahidə olunub.
İKT
10 Noyabr , 2021 02:30
İnstaqram yenə bəzi ölkələrdə işləmir

ABŞ-da instaqram sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.

“Report”un xəbərinə görə, bu barədə məşhur internet resurslarının işini izləyən “Downdetector” xidmətinin saytında məlumat verilib.

Portal qeyd edib ki, problem barədə bildirən istifadəçilərin 55%-i tətbiqdən şikayətlənir. Eyni zamanda istifadəçilərin 24%-i serverə qoşulma zamanı problemlərlə üzləşir, daha 22%-i saytda çətinliklər olduğunu qeyd edir.

Böyük Britaniyada da instaqramın işində nasazlığın olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi