“Instagram”da problem yaranıb

“Instagram”da problem yaranıb Dünyanın bir sıra ölkələrində İnstaqram sosial şəbəkəsinin işində nasazlıq yaranıb.
İKT
3 Avqust , 2021 01:05
“Instagram”da problem yaranıb

Dünyanın bir sıra ölkələrində İnstaqram sosial şəbəkəsinin işində nasazlıq yaranıb.

“Report” xəbər verir ki, bu barədə məşhur internet resurslarının fəaliyyətini izləyən “Downdetector” xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, sosial şəbəkənin işindəki nasazlıqlardan əsasən Rusiya, ABŞ, Böyük Britaniya, Braziliya və Kanadadan olan istifadəçilər şikayətlənirlər.

İstifadəçilərin 60 %-i xəbər lentinin gec yüklənməsindən, 15 % videoların yüklənməsindəki yubanmalardan şikayətlənirlər. İnstaqram istifadəçilərinin 22 %-i bildirib ki, şəxsi hesablarına daxil ola bilmir.

Problemin hansı səbəbdən qaynaqlandığı məlum deyil.

Son xəbərlər

Orphus sistemi