İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi bəzi universitetlərlə əməkdaşlıq edəcək

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi bəzi universitetlərlə əməkdaşlıq edəcək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ‘’Technest’’ Təqaüd Proqramı çərçivəsində bir sıra universitetlərlə əməkdaşlıq etməyi planlaşdırır.
İKT
13 Sentyabr , 2022 14:54
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi bəzi universitetlərlə əməkdaşlıq edəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ‘’Technest’’ Təqaüd Proqramı çərçivəsində bir sıra universitetlərlə əməkdaşlıq etməyi planlaşdırır.

Bunu “Technest”in 2021-2022 tədris ilinin yekunları və gələcək fəaliyyət planı ilə bağlı bu gün keçirilən mətbuat konfransında "Report"un sualına cavab olaraq layihə rəhbəri Fatimə Ələkbərova deyib.

Onun sözlərinə görə, yaxın günlərdə həmin təhsil müəssisələrinin adları açıqlanacaq.

Agentliyin “Bacarıq və səriştələrin təkmilləşdirilməsi proqramları” departamentinin rəhbəri Elnarə Əliza isə əlavə edib ki, Təqaüd Proqramının icra edildiyi 1 il ərzində ondan 30 ixtisas üzrə 57%-i kişi, 43%-i qadın olmaqla 700-dən çox vətəndaş yararlanıb. Bunlardan isə 200 nəfəri işlə təmin olunub.

“Gənclərin İKT sahəsində mütəxəssis kimi yetişməsi və onların intensiv təhsili üçün təqaüd təqdim edən “Technest” yarandığı gündən bu sahədə peşəkar kadr siyasətini həyata keçirir. Hər kəs üçün əlçatan təhsil imkanı yaradan proqramından 12 yaşdan yuxarı Azərbaycan vətəndaşları faydalana bilər. “Technest” 2022-2023 tədris ili üçün təqaüdçü sayını 2 000 nəfərə çatdırmağı hədəfləyir.

Technest”in bu il üçün əsas məqsədlərindən biri Azərbaycanda İKT savadlılığını artırmaq, bu sahə üzrə yerlərdə intensiv və peşəkar tədrislərin keçirilməsini təmin etməkdir. Məhz bu istiqamətdə, Təqaüd Proqramı daha geniş coğrafiyalara yayılaraq növbəti regionların Gəncə, Mingəçevir, Lənkəran, Zaqatala, Naxçıvan olmasını hədəfləyir. Proqramın ilk ilində pilot layihə olaraq Sabirabadda veb-proqramlaşdırma üzrə təlimlər həyata keçirilir.

2022-2023 tədris ilində ixtisasların sayının 50-dən yuxarı olması planlaşdırılır. Əmək bazarında tələb yaranan sahələr üzrə ehtiyacın ödənməsini nəzərə alaraq, data analitika, 3D dizayn, üst səviyyə proqramlaşdırma, data elmi, rəqəmsal marketinq, oyunların hazırlanması, testinq, sistem və şəbəkə inzibatçılığı kimi kurslar araşdırılaraq yeni akademik ilin planına daxil edilib, onlardan bir hissəsinə qeydiyyat artıq elan olunub", - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi