İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqəsinin qalibləri müəyyənləşib

İKT
  • 20 iyul, 2018
  • 13:07
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqəsinin qalibləri müəyyənləşib
Report

Bakı. 20 iyul. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının (MŞ) növbəti iclası keçirilib. 

"Report"un Nazirliyə istinadən verdiyi məlumata görə, iclasda bu il martın 1-də elan edilmiş növbəti qrant müsabiqəsində kompleks ekspertiza mərhələsində müsbət rəy almış layihələrlə bağlı yekun qərar verilib.

Adıçəkilən müsabiqə üzrə Fonda təqdim edilmiş 149 layihədən 138-i ilkin ekspertiza mərhələsini uğurla keçərək kompleks ekspertizaya təqdim olunub.

Kompleks ekspertiza mərhələsini isə 39 layihə uğurla keçərək MŞ-ya təqdim olunub.

MŞ üzvlərinin səsverməsi nəticəsində 39 layihədən 5 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul edilib.

Müsabiqənin qalibi olmuş layihələr aşağıdakılardır:

1. “Sletti”

2. “Ağıllı oyuncaqlar”

3. “www.joinb2b.com

4. “Məktəbə hazıram”

5. “Virtual cərrahiyyə”.

Son xəbərlər

Bütün Xəbər Lenti