“İctimaiyyətin diqqətini bir məsələyə cəlb etmək istəyirəm. 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresi Sovet İttifaqında keçirilib".
“Report” xəbər verir ki, bunu Prezident
Dövlət başçısı bu barədə ABŞ-ın paytaxtı Vaşinqtonda, Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakının 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması ilə danışıb. Onun sözlərinə görə, 50 ildən sonra Azərbaycanda bu Konqresin keçirilməsi böyük rəmzi məna daşıyır: "Cəmi bir dəfə, o da Bakı şəhərində. O vaxt ulu öndər
Növbəti 2-3 il ərzində konqresin keçirilməsi üçün böyük təşkilati işlər aparılmalıdır. Biz təqribən 6-7 min xarici qonaq gözləyirik. Bu qonaqlar dünyanın texnoloji gündəliyini müəyyən edən qurumların rəhbərləridir, nümayəndələridir. Ona görə vaxt gələndə Konqresin yüksək səviyyədə keçirilməsi üçün Təşkilat Komitəsi yaradılacaq və əlbəttə ki, əsas hazırlıq işlərini “Azərkosmos” üzərinə götürəcək. Beləliklə, biz növbəti böyük uğura imza atdıq”.