​“Google” jurnalistlər üçün servisi istifadəyə verib

​“Google” jurnalistlər üçün servisi istifadəyə verib Servisin məqsədi jurnalistlər və sahibkarlar arasında əlaqə yaratmaqdır
İKT
24 İyun , 2015 15:07
​“Google” jurnalistlər üçün servisi istifadəyə verib

Bakı. 24 iyun. REPORT.AZ/ “Google” şirkəti jurnalistlər üçün nəzərdə tutulan yeni “News Lab” xidmətini istifadəyə verib. “Report”un xarici KİV-ə istinadən yaydığı məlumata görə, yeni yaradılan “Google News Lab” bölməsinin direktoru Stiv Qrouv bildirib ki, servisin əsas məqsədi jurnalistlər və sahibkarlar arasında əməkdaşlığı təmin etmək və gələcək KİV-in yaranmasında yardımçı olmaqdır.

Yeni servisə nəşriyyatların “Google” resurslarından, o cümlədən xəritələr, “YouTube”, “Fusion Tables” və “Earth to Search” xidmətlərindən maksimum fayda qazanmaqla bağlı tövsiyələr və videotəlimatlar daxil ediləcək.

“Google” həmçinin maliyyə dəstəyi göstərmək və şirkət əməkdaşları tərəfindən tövsiyələr vermək məqsədilə media startapları ilə işləyən “Matter and Hacks/Hackers” təşkilatı ilə əməkdaşlıq edir.

Şirkət nümayəndəsi qeyd edib ki, yeni layihənin məqsədi gələcək xəbərlərin və informasiyanın obrazının yaradılmasına yönələn proqramların ərsəyə gətirilməsi, eləcə də KİV-də yeni səslərin imkanlarının genişlənməsidir.

“Google” həmçinin “TechRaking” proqramını istifadəyə verib. Burada şirkət və Jurnalist Araşdırmaları Mərkəzi araşdırmaların aparılmasında yeni metodikaların hazırlanması üzərində birgə çalışacaqlar.

S.Qrouv bildirib ki, hazırda layihə çərçivəsində ABŞ, Böyük Britaniya, Fransa və Almaniyadan olan mütəxəssislər qrupu işləyir.

Son xəbərlər

Orphus sistemi