“Google” ilk dəfə “Youtube”un gəlirlərini açıqlayıb
İKT
- 04 fevral, 2020
- 12:31
“Alphabet” holdinqi mülkiyyətində olan “Youtube” videohostinqinin əldə etdiyi mənfəət barədə məlumatlar açıqlayıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, illik hesabat şirkətin saytında dərc olunub.
“Alphabet” “Google”un ana şirkətidir. Sonuncu “Youtube”u 2006-cı ildə 1,65 milyard ABŞ dollarına əldə edib. O vaxtdan bəri holdinq videohostinqin reklamdan əldə etdiyi gəlirlər barədə məlumat yayımlamamışdı.
Son hesabatda isə “Youtube”un 2019-cu ildə reklamdan 15 milyard ABŞ dollarından çox gəlir əldə etdiyi göstərilib.
Videohostinqin holdinqin gəlirlərindəki payı 10%-ə yaxın olub. Belə ki, “Aphabet” ötən il ərzində 162 milyard ABŞ dolları məbləğində gəlir əldə edib. Bu, 2018-ci illə müqayisədə 18% artım deməkdir.
Son xəbərlər
03:12
Kuba yenidən işıqsız qalıb
Digər ölkələr02:47
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
Digər ölkələr02:11
ABŞ Prezidenti Rusiyaya qarşı sanksiyalar haqqında qanunu imzalayıb - YENİLƏNİB
Digər ölkələr01:41
Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılığa gəlib
Digər ölkələr01:34
"Bloomberg": ABŞ-nin avtomobil nəhəngləri Trampı Çin avtomobillərinin idxalını qadağan etməyə çağırıb
Digər ölkələr01:11
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
Digər ölkələr01:04
Bundesliqa: "Bavariya" 4-cü tur matçında "Union"u darmadağın edib
Futbol00:59
Tramp bəzi jurnalistlərin Ağ Evə girişini qadağan edib
Digər ölkələr00:16