​"Google"da bu il ən çox axtarılan sözlər müəyyənləşib - TOP-10

​"Google"da bu il ən çox axtarılan sözlər müəyyənləşib - TOP-10 Dünyada ən çox axtarılan sözlər arasında Ebola, İŞİD, Ukrayna və Konçita Vürst da var
İKT
17 Dekabr , 2014 16:13
​Googleda bu il ən çox axtarılan sözlər müəyyənləşib - TOP-10

Bakı. 17 dekabr. REPORT.AZ/ "Google" korporasiyası 2014-cü il ərzində eyniadlı axtarış sistemində ən çox axtarılan sözlərin ilk onluğunu müəyyənləşdirib. "Report"un məlumatına görə, şirkət bu siyahını həm ABŞ, həm də dünya üzrə açıqlayıb.

ABŞ üzrə ən çox axtarılan sözlərin ilk üçlüyündə Robin Uilyams (Robin Williams), Dünya Kuboku (World Cup) və Ebola yer alıb. Növbəti yerlərdə isə "Malayziya Hava Yolları" (Malaysia Airlines), "Qanadlı quş" oyunu (Flappy Bird), ALS buz vedrəsi kampaniyası (ALS Ice Bucket Challenge), İŞİD (ISIS), təslim olmaq (Ferguson), "Dondurulmuş" filmi (Frozen) və Ukrayna (Ukraine) qərarlaşıb.

Dünya üzrə axtarış trendlərində isə ilk 6-lıq ABŞ-dakı axtarış nəticələri ilə eyni olub. Yeddinci pilləni Konçita Vürst (Conchita Würst), 8-ci yeri İŞİD (ISIS), 9-cu pilləni "Dondurulmuş" filmi (Frozen) və sonuncu yeri Soçi Olimpiadası (Sochi Olympics) tutub.

Son xəbərlər

Orphus sistemi