“Gənclər bacarır!” layihəsi yay düşərgəsində

“Gənclər bacarır!” layihəsi yay düşərgəsində “Azercell Telekom” MMC və “SOS Uşaq Kəndləri” Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində “Gənclər bacarır!” layihəsinin iştirakçıları üçün yay düşərgəsi təşkil olunub.
İKT
10 Avqust , 2023 15:23
“Gənclər bacarır!” layihəsi yay düşərgəsində

“Azercell Telekom” MMC və “SOS Uşaq Kəndləri” Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində “Gənclər bacarır!” layihəsinin iştirakçıları üçün yay düşərgəsi təşkil olunub.

24-28 iyul Qusar rayonunun İdman Olimpiya Mərkəzində keçirilən tədbirdə 40-a yaxın gənc iştirak edib.

5 günlük proqrama əsasən “SOS Kəndlərinin” yetirmələri düşərgədə müxtəlif qrup çalışmaları və komanda oyunları vasitəsilə “Bacarıqların müəyyən edilməsi”, “Liderlik və Ünsiyyət bacarıqları”, CV-lərin düzgün hazırlanması və işə müraciət etməyin yeni yolları ilə tanış olublar. Bundan əlavə İnsan Qaynaqları mütəxəssisləri ilə sual-cavab sessiyası, “Gələcəyin bacarıqları”, “Mock müsahibələr”, “Karyera planlaması”, “Vaxtın idarə olunması” mövzularında tematik və praktik təlimlər də təşkil olunub.

"Azercell"in dəstəklədiyi “Gənclər bacarır!” layihəsi "SOS Uşaq Kəndləri”nin gənc sakinlərinin təhsili, peşəkar inkişafı və işlə təmin olunması məqsədi daşıyır. Lider mobil operator xüsusi qayğıya ehtiyacı olan və həssas qrupa aid şəxslərin sağlamlıq və hüquqlarının qorunması, cəmiyyətə inteqrasiya olunması, keyfiyyətli təhsil ala bilməsi istiqamətində layihələrini davam etdirir.

Son xəbərlər

Orphus sistemi