Gələn il qlobal IT xərcləri 4% arta bilər

Gələn il qlobal IT xərcləri 4% arta bilər “Gartner Inc.” tədqiqat şirkəti 2021-ci ildə informasiya texnologiyalarına (IT) qlobal xərclərin 4% artaraq 3,8 trilyon ABŞ dollarına çatacağını proqnozlaşdırır.
İKT
27 Oktyabr , 2020 13:03
Gələn il qlobal IT xərcləri 4% arta bilər

“Gartner Inc.” tədqiqat şirkəti 2021-ci ildə informasiya texnologiyalarına (IT) qlobal xərclərin 4% artaraq 3,8 trilyon ABŞ dollarına çatacağını proqnozlaşdırır.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu ilin yekunlarına görə isə göstəricinin 5,4% azalaraq 3,6 trilyon ABŞ dollarına enəcəyi gözlənilir.

“Gartner”in IT xərcləri ilə bağlı proqnozlarını açıqladığı bu 25 ildə hələ heç vaxt bu qədər yüksək dəyişkənliyə sahib bazar olmamışdı”, - şirkətin tədqiqatlar üzrə vitse-prezidenti Con-Devid Lavlok deyib.

Əməkdaşlarının məsafədən işləməsini dəstəkləyən və ya virtual xidmətlər, o cümlədən distant təhsil təqdim edən şirkətlərin rəqəmsallaşdırma səylərinin artması səbəbindən gələn il korporativ proqram təminatı sektorunun ən sürətli böyümə (+7,2%) göstərəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi