ABŞ sentyabrın 20-dən “TikTok”un yüklənməsini qadağan edəcək

ABŞ sentyabrın 20-dən “TikTok”un yüklənməsini qadağan edəcək Əgər “TikTok” ABŞ-ın milli təhlükəsizliyi təhlükəsi ilə bağlı problemi aradan qaldırmasa, Birləşmiş Ştatların Ticarət Nazirliyi sentyabrın 20-dən ölkədə bu proqramın yüklənməsini, noyabrın 12-dən isə istifadəsini qadağan edəcək.
İKT
18 Sentyabr , 2020 22:51
ABŞ sentyabrın 20-dən “TikTok”un yüklənməsini qadağan edəcək

Əgər “TikTok” ABŞ-ın milli təhlükəsizliyi təhlükəsi ilə bağlı problemi aradan qaldırmasa, Birləşmiş Ştatların Ticarət Nazirliyi sentyabrın 20-dən ölkədə bu proqramın yüklənməsini, noyabrın 12-dən isə istifadəsini qadağan edəcək.

“Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyinin məlumatında deyilir.

"ABŞ prezidenti Donald Trampın 6 avqust 2020-ci il fərmanlarına cavab olaraq, Ticarət Nazirliyi Birləşmiş Ştatların milli təhlükəsizliyinin təminatı üçün “WeChat” və “TikTok” mobil proqramları ilə bağlı sazişlərin qadağan olunduğunu elan etdi", - Ticarət Nazirliyi bildirib.

Bu halda yerli KİV daha əvvəl bildirib ki, ABŞ-dakı “Oracle” və “ByteDance” yeni “TikTok Global” şirkətini yaradacaq.

ABŞ administrasiyası “TikTok” proqramını amerikalıların məlumatlarını Çin hakimiyyətinə ötürməkdə ittiham edir.

Son xəbərlər

Orphus sistemi