"Galaxy S23" seriyasının dizayn hekayəsi

"Galaxy S23" seriyasının dizayn hekayəsi "Samsung Electronics"in yeni "Galaxy S23" seriyası lazımsız elementləri aradan qaldırmaq və üstünlüyü keyfiyyətə verməklə, "Samsung"un özünün də yaxın tutduğu dəyərləri təcəssüm edir. "Samsung" hesab edir ki, həddindən artıq lazımsız detal istehsalda isra
İKT
31 Mart , 2023 15:37
Galaxy S23 seriyasının dizayn hekayəsi

"Samsung Electronics"in yeni "Galaxy S23" seriyası lazımsız elementləri aradan qaldırmaq və üstünlüyü keyfiyyətə verməklə, "Samsung"un özünün də yaxın tutduğu dəyərləri təcəssüm edir. "Samsung" hesab edir ki, həddindən artıq lazımsız detal istehsalda israfa gətirib çıxarır, buna görə də dizaynerlərə "Galaxy S23" seriyasında “Təməlləri yaradın” adlı dizayn mövzusunu təklif edilərək yalnız cihazın təməlini təşkil edən əsas tələbləri nəzərə almaq tapşırılıb.

Həm insanları, həm də planeti düşünən "Galaxy" dizayn komandası yanaşmasını 5 hədəf şəklində ümumiləşdirir. Birincisi son istifadəçi məmnuniyyəti üçün dizaynlarda "təməl yaratmaq", ikincisi istehsaldan utilizasiyaya qədər “dövriyyə yaratmaq”, üçüncüsü dizaynları sadələşdirmək və sonradan resurs tullantılarını və istehsal xərclərini azaltmaq üçün “standart yaratmaq”, dördüncüsü təmirəyararlı həllər irəli sürməklə “uzunömürlülük yaratmaq” və, nəhayət, ekoloji dəyərlərə söykənərək “şəffaflıq yaratmaq”dır.

Hədəf auditoriyaya əsaslanaraq "Galaxy S23" seriyası üçün 2 fərqli dizayn hazırlanıb. İstifadəçilərin diqqətini ekrana yönləndirməkdən ötrü "Galaxy S23" və "S23+" nazik çərçivə ilə təchiz olunub. Çərçivənin yuvarlaq kənarları həm ekranı qoruyur, həm də istifadəçiyə rahat tutma təmin edir. "Galaxy S23 Ultra"da isə kənarlar kiçildilib və "S Pen" üçün daha geniş müstəvi yaratmaq məqsədilə cihazın düz səthi bir qədər də genişləndirilib. Bundan başqa yan düymələr, anten, dinamik və mikrofon yuvaları kimi daha incə elementlərin ölçüsü və quruluşu diqqətlə sadələşdirilib, həmçinin bütün "Galaxy S23" modelləri vahid kamera dizaynı ilə təchiz edilib. "Samsung" hesab edir ki, bazara çıxarılan bir çox smartfon oxşar formaya malik olduğundan, cihazın kamera dizaynı məhsulu fərqləndirmək və brend kimliyini ifadə etmək üçün güclü üsula çevrilib.

"Galaxy S23" seriyasının “Təbiətin çalarları” adlandırdığı konsepsiyaya əsasən cihazlar 4 əsas rəngdə təqdim olunur: Yaşıl sakit meşəni, Fantom Qara təbiətin səssiz gücünü, Lavanda gündəlik həyatın təbii enerjisini, parlaq Krem isə təbiətin istiliyini tərənnüm edir.

“Xəyali çalarlar” konsepsiyası çərçivəsində isə dörd pozitiv və futuristik rəng də əlavə edilir. Bunlar Laym, Mavi, Qırmızı və Qrafitdir ki, yalnız onlayn satışa aid olacaq.

Ekoyönlü dizayn strategiyası çərçivəsində 2018-ci ildən "Samsung" paket dizaynında plastikdən istifadəni azaltmağa başlayıb. O zaman bir qutu 14 fərqli parçadan ibarət idi, indi isə "Galaxy S23" seriyasında bu say 6-ya endirilib. "Samsung" yüksək keyfiyyətli təkrar emal materialları ilə çalışmağı davam etdirmək fikrindədir. Məqsəd planetin sərvətlərinə qayğı ilə yanaşan, atılmış materiallardan faydalanmaqla onlara ikinci həyat verən, istifadəçilərə dürüst dəyərlər təqdim edən innovasiyaların ardınca getməkdir.

Son xəbərlər

Orphus sistemi