"Samsung" 2 milyard "Galaxy" smartfonunu satıb

"Samsung" 2 milyard "Galaxy" smartfonunu satıb Bakı. 21 fevral. REPORT.AZ/ Koreyanın elektron nəhəngi Samsung yeni qurğuların nümayişində məhsullarının satışının statistikasına dair məlumatı bölüşüb.
İKT
21 Fevral , 2019 03:28
Samsung 2 milyard Galaxy smartfonunu satıb

Bakı. 21 fevral. REPORT.AZ/ Koreyanın elektron nəhəngi "Samsung" yeni qurğuların nümayişində məhsullarının satışının statistikasına dair məlumatı bölüşüb.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

San-Fransiskoda keçirilən mərasimdə şirkət nümayəndələri bildiriblər ki, "Samsung" 2010-cu ildən başlayaraq "Galaxy"nin iki milyarddan çox smartfonunu satıb. Onlar arasında "Galaxy S", "Galaxy Note", həmçinin "Galaxy A", "Galaxy C", "Galaxy J" və başqaları var.

Daha əvvəl "Samsung" şirkəti dünyada ilk dəfə qatlanan ekranla təchiz edilən smartfonu təqdim edib.

Son xəbərlər

Orphus sistemi