Facebook bu gün yarım saat işləməyib

Facebook bu gün yarım saat işləməyib Bu problem bütün dünyada müşahidə olunub
İKT
24 sentyabr 2015 17:18
Facebook bu gün yarım saat işləməyib

Bakı. 24 sentyabr. REPORT.AZ/ Bu axşam Facebook sosial şəbəkəsinin işində texniki problem yaranıb.

“Report”un “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, sosial şəbəkənin saytı və mobil əlavəsi yarım saat ərzində işləməyib.

Bu problem bütün dünyada müşahidə olunub.

Orphus sistemi