"Facebook" "BlackBerry"ni məhkəməyə verib

"Facebook" "BlackBerry"ni məhkəməyə verib Bakı. 5 sentyabr. REPORT.AZ/ ABŞ-ın Facebook sosial şəbəkəsi Kanadanın mobil telefon istehsalçısı BlackBerry şirkətini məhkməyə verib.
İKT
5 Sentyabr , 2018 15:54
Facebook BlackBerryni məhkəməyə verib

Bakı. 5 sentyabr. REPORT.AZ/ ABŞ-ın "Facebook" sosial şəbəkəsi Kanadanın mobil telefon istehsalçısı "BlackBerry" şirkətini məhkməyə verib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, "BlackBerry" səslə mesajlaşma texnologiyası, video, audio və qrafik məzmunun ötürülməsi də daxil olmaqla ümumi 6 patent üzrə hüquqların pozulmasında günahlandırılır.

Buna görə, "Facebook" qarşı tərəfdən kompensasiya tələb edir. Amma onun məbləği açıqlanmayıb. 

Xatırladaq ki, bu ilin martında "BlackBerry" də "Facebook"u texnologiyalarla bağlı patent hüququnu pozmaqda ittiham etmişdi. 

Son xəbərlər

Orphus sistemi