Azərbaycanda E-PUL elektron ödəmə platforması istifadəyə verildi

Azərbaycanda E-PUL elektron ödəmə platforması istifadəyə verildi E-PUL elektron ödəmə platforması və “Visa” beynəlxalq ödəniş sistemi #EvdəQalNağdsızÖdə kampaniyasına başladığını elan ediblər.
İKT
9 Aprel , 2020 18:11

E-PUL elektron ödəmə platforması və “Visa” beynəlxalq ödəniş sistemi #EvdəQalNağdsızÖdə kampaniyasına başladığını elan ediblər.

“Visa”dan “Report”a verilən məlumata görə, kampaniya E-PUL platformasının bütün istifadəçilərinə evdən çıxmadan lazımi ödənişləri tez və təhlükəsiz həyata keçirməyə kömək etmək və koronavirusun yayılmasına qarşı mübarizəyə töhfə vermək üçündür.

Kampaniya çərçivəsində E-PUL platformasında “Visa” kartı ilə həyata keçirilən hər bir əməliyyatdan Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 0,25 manat köçürülür. İstifadəçilərdən əlavə vəsait tutulmur.

Qeyd edək ki, aksiyada həm qeydiyyatdan keçmiş, həm də qeydiyyatdan keçməmiş istifadəçilər iştirak edə bilərlər. Kampaniya aprelin 3-dən 30-dək olan müddətdə keçiriləcək.

#EvdəQal çağırışına qoşulan E-PUL vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə nağdsız ödənişlərin artırılmasına yönəlmiş tədbirləri sürətləndirib.

E-PUL-dan istifadə etmək üçün elektron ödəmə platformasının rəsmi saytından (https://e-pul.az/epay/home), eləcə də mobil tətbiqlərdən (Android - https://play.google.com/store/apps/details?id=az.epul.technopay.android; IOS - https://apps.apple.com/us/app/e-pul/id965770019?ign-mpt=uo%3D4) yararlanmaq olar.

Son xəbərlər

Orphus sistemi