Əli Nağıyev: "Tərəfdaş ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq genişləndirilir"

Əli Nağıyev: "Tərəfdaş ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq genişləndirilir" Azərbaycan tərəfdaş ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlığı genişləndirir.
İKT
26 Oktyabr , 2023 10:47
Əli Nağıyev: Tərəfdaş ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq genişləndirilir

Azərbaycan tərəfdaş ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlığı genişləndirir.

“Report” xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2023” tədbirinin açılışında bildirib.

"Prezident İlham Əliyevin fərmanına uyğun olaraq Azərbaycanda Milli Kibermərkəzin qurulması istiqamətində iş həyata keçirilir. Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi və kibertəhdidlərə qarşı mübarizə işinin təşkili yönündə tərəfdaş ölkələrin xüsusi xidmət orqanları və kibertəhdidlərə qarşı mübarizə sahəsində qabaqcıl texnologiya şirkətləri ilə əməkdaşlıq genişləndirilir. Bütün bunlar milli kiberməkanın müdafiə qabiliyyətinin artırılmasına, qlobal kiberməkanda mövqeyimizin güclənməsinə xidmət edir", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi