Bakı. 26 sentyabr. REPORT.AZ/ "Azərbaycanın 2-ci telekommunikasiya peykinin ("Azerspace-2") orbitə buraxılması informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində növbəti inqilabi hadisə sayıla bilər".
Bunu "Report"a açıqlamasında İKT üzrə ekspert, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Cahid İsmayıloğlu bildirib.
"Bu peykin imkanları çox genişdir. Ondan internet təchizatı, televiziya və radio yayımı ilə yanaşı, hərbi və digər məsələlərdə də faydalanmaq olar. "Azerspace-2" həm də tədqiqat yönümlü işlər üçün istifadə edilə bilər. Bu, ölkə iqtisadiyyatının, o cümlədən İKT sahəsinin inkişafına böyük kömək olacaq", - deyə o qeyd edib.
İKT üzrə ekspert, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Cahid İsmayıloğlu
Yeni peykin əhatə dairəsi Mərkəzi və Cənubi Avropa, Mərkəzi Asiya və Yaxın Şərq regionları olmaqla geniş ərazini əhatə edir. "Azerspace-2”nin əsas üstünlüklərindən biri odur ki, “Azerspace-1” işlək vəziyyətdə olduğu halda, burda yarana biləcək texniki problemləri siğortalamaq qabiliyyətinə malikdir. Yeni peyk həmçinin ehtiyat qismində də çıxış edə bilər. “Azerspace-1” peykində hər hansı bir problem yarandığı təqdirdə, bu dərhal problemin aradan qaldırmaqla yanaşı, dünya standartları səviyyəsində xidmət göstərilməsini təmin edir. Ümumlikdə, “Azerspace-2” ölkəmiz üçün informasiya təhlükəsizliyinin təmin olunmasına fayda verir. Ölkədə internet infrastrukturunu inkişaf etdirməkdə "Azərspace 2"nin imkanlarından maksimum istifadə edə biləcəyik. Bu peyklərin hərbi əhəmiyyəti də var. Hərbi əməliyyatlar aparmaq, müəyyən əraziləri nəzarətdə saxlamaq üçün onun rolu böyükdür. "Azərspace-2"dən istifadə ölkədə internetin ucuzlaşmasına, keyfiyyətinin artmasına da gətirib çıxara bilər. Hazırda Azərbaycan interneti "Europark"dan alır, ona külli miqdarda vəsait ödəyir. Bu xidmət öz peykimizdə olsa, ödədəyimiz vəsait bizə qalar. Eləcə də ayrılan kanalların həcmini istənilən qədər genişləndirmək olar. Peyk həmçinin korporativ olduğu üçün dünyanın bütün ölkələri ondan yararlana biləcək. Xüsusilə də Mərkəzi Asiya ölkələrinin ona ehtiyacı var
Cahid İsmayıloğluİKT üzrə ekspert, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Cahid İsmayıloğlu