Dövlət Xidməti: "Xarici bulud həllərində məlumatların saxlanılması risklidir"

Dövlət Xidməti: "Xarici bulud həllərində məlumatların saxlanılması risklidir" Son vaxtlar Azərbaycan bazarında genişlənən təhlükəsizlik həlləri var ki, onların bütün infrastrukturu və idarəetməsi xarici buludda yerləşdirilib.
İKT
13 Aprel , 2023 11:33
Dövlət Xidməti: Xarici bulud həllərində məlumatların saxlanılması risklidir

Son vaxtlar Azərbaycan bazarında genişlənən təhlükəsizlik həlləri var ki, onların bütün infrastrukturu və idarəetməsi xarici buludda yerləşdirilib.

"Report" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Dayanıqlı inkişaf üçün texnologiyalar: 4Sİ texnologiyaları və bulud həlləri" mövzusundakı tədbirdə bildirib.

"İnfrastrukturun ölkə xaricindəki bulud həllərində yerləşməsi təhlükədir. Bu, səlahiyyət və hüquqların xaricdə olması, ölkə qanunlarından kənara çıxması deməkdir. Həmin infrastruktura nəzarət edən ölkənin xüsusi xidmət orqanlarının əlçatanlıq imkanı artır. Baş verən son hadisələr(Ukrayna-Rusiya müharibəsi) də onu göstərdi ki, xarici bulud xidmətlərində yerləşmə və yaxud xarici ölkələrdən asılılıq sanksiyalar baxımından da təhlükəli ola bilir. Bu baxımdan bizim məlumatlarımızın xarici buludlara tam olaraq daşınması ciddi risk və təhlükə daşıyır. Bir sıra şirkətlər və qurumlar bəzən bu təhlükənin fərqinə varmadan infrastrukturunu xarici bulud xidmətinə ötürməyə maraqlı görünür. Halbuki, bu kimi hallar həmin şirkət və qurumlara birbaşa müdaxilə imkanları yarada bilər", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi