Dövlət Xidməti ötən il 1 162 xüsusi kiberhücum indikatoru müəyyən edib

Dövlət Xidməti ötən il 1 162 xüsusi kiberhücum indikatoru müəyyən edib 2023-cü ildə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti kiberhücum cəhdlərini analiz etməklə 1162 xüsusi kiberhücum indikatoru müəyyən edərək “AzStateNet” şəbəkəsində və elektron poçt sistemində bloklamaqla xüsusi hədəflənmiş kiberhücumlar
İKT
17 Yanvar , 2024 11:42
Dövlət Xidməti ötən il 1 162 xüsusi kiberhücum indikatoru müəyyən edib

2023-cü ildə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti kiberhücum cəhdlərini analiz etməklə 1162 xüsusi kiberhücum indikatoru müəyyən edərək “AzStateNet” şəbəkəsində və elektron poçt sistemində bloklamaqla xüsusi hədəflənmiş kiberhücumların qarşısını alıb.

"Report" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Bundan başqa, məlumata görə, ötən il “AzStateNet” şəbəkəsi üzrə tətbiq edilən yeni nəsil mühafizə avadanlığı vasitəsilə 911 430 000 zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 7 464 500 və “Sandbox” mühafizə sistemi vasitəsilə isə 103 650 zərərverici tərkibli elektron sənəd blok edilərək son istifadəçilərin yoluxmasına imkan verilməyib.

Bununla yanaşı, kiberkəşfiyyat imkanlarından istifadə etməklə dövlət qurumları domenlərinə (gov.az) bənzədilmiş 186 saxta domen müəyyən edilərək hakerlər tərəfindən hədəflənmiş xüsusi kiberhücumlarda dövlət qurumları adından istifadə edilməsi planlarının qarşısı alınıb və yüzlərlə kiberhücum cəhdləri qabaqlanıb.

Son xəbərlər

Orphus sistemi