Dövlət Xidməti: "Növbəti kibermüharibə yarışı indiyə qədər keçirilən yarışın III mərhələsi olacaq"

Dövlət Xidməti: "Növbəti kibermüharibə yarışı indiyə qədər keçirilən yarışın III mərhələsi olacaq" Oktyabrın 26-27-də Bakıda təşkil ediləcək kibermüharibə yarışı indiyə qədər keçirilən yarışın III mərhələsi olacaq.
İKT
24 Oktyabr , 2023 13:36
Dövlət Xidməti: Növbəti kibermüharibə yarışı indiyə qədər keçirilən yarışın III mərhələsi olacaq

Oktyabrın 26-27-də Bakıda təşkil ediləcək kibermüharibə yarışı indiyə qədər keçirilən yarışın III mərhələsi olacaq.

"Report" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev Bakıda keçiriləcək “Critical Infrastructure Defence Challenge 2023” tədbirinin iştirakçılarına müraciətində bildirib.

"Yarışda iştirak üçün qeydə alınmış 41 komandadan 20-si finala qalıb. Yarışın ilk 2 mərhələsi ötən ay onlayn keçirilib. Bu yarış Dövlət Xidmətinin ölkədə informasiya təhlükəsizliyinin cari vəziyyətinin daha da gücləndirilməsinə töhfəsi kimi qiymətləndirilə bilər. Əminəm ki, tədbirin davam edəcəyi günlər ərzində aparılacaq səmərəli müzakirələr, fikir mübadilələri və təlimlər IT sektorunda informasiya təhlükəsizliyinin cari vəziyyətinin daha da gücləndirilməsinə əhəmiyyətli töhfə olacaq", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi