Dövlət Statistika Komitəsi qeyri-maddi aktivlərin alınması üçün tender keçirir

Dövlət Statistika Komitəsi qeyri-maddi aktivlərin alınması üçün tender keçirir Tender iki lot üzrə elan edilib
İKT
13 Aprel , 2017 09:32
Dövlət Statistika Komitəsi qeyri-maddi aktivlərin alınması üçün tender keçirir
Report

Bakı. 13 aprel. REPORT.AZ/ Dövlət Statistika Komitəsi qeyri-maddi aktivlərin alınması ilə əlaqədar açıq tender keçirir. "Report"un dövrü mətbuata istinadən verdiyi məlumata görə, tender iki lot üzrə keçirilir. Lot-1 üzrə rəsmi statistika hesabatları və digər statistik məsələlər üzrə proqram təminatlarının hazırlanması, lot-2 üzrə isə antivirus, veb-proqram modullarının təhlükəsizlik boşluqlarının yoxlanılması üçün proqram təminatı lisenziyalarının və SSL sertifikatlarının alınması nəzərdə tutulur. 

Qeyd edək ki, birinci lot üzrə iştirak haqqı 500 manat, ikinci lot üzrə isə 100 manatdır.

İddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 17 may saat 18:00-dək, tender təklifi və bank zəmanəti isə 26 may saat 17:00-dək Dövlət Statistika Komitəsinin inzibati binasına (Bakı şəhəri, İnşaatçılar prospekti,81) təqdim etməlidirlər.

Təklif zərfləri 30 may saat 11:00-da qeyd edilən ünvanda açılacaq.

Son xəbərlər

Orphus sistemi