​Dünyada mobil telefonların satışında smartfonların payı son bir ildə 55%-dən 65%-ə yüksəlib

​Dünyada mobil telefonların satışında smartfonların payı son bir ildə 55%-dən 65%-ə yüksəlib Genişzolaqlı mobil internet abunəçilərinin 35%-i smartfonlardan istifadə edir
İKT
28 Avqust , 2014 13:25
​Dünyada mobil telefonların satışında smartfonların payı son bir ildə 55%-dən 65%-ə yüksəlib

Bakı. 28 avqust. REPORT.AZ/ Cari ilin II rübündə dünyada genişzolaqlı mobil internet şəbəkəsinə qoşulmaların sayı 6,8 mlrd. təşkil edib, 80 mln. yeni qoşulma qeydə alınıb.

Rabitə və Yüksək Texnoloigiyalar Nazirliyindən "Report"a verilən məlumata görə, abunəçilərin əksəriyyətinin eyni vaxtda bir neçə qoşulmaya malik olmasına görə istifadəçilərin real sayı 4,6 mlrd. nəfəri ötmür.

İkinci rübdə dünyada mobil rabitənin nüfuzetmə səviyyəsi 94%-ə çatıb.

Qeyd edək ki, Çin, 12 mln. yeni qoşulma ilə liderdir. Sonrakı yerlərdə Rusiya (5 mln. yeni qoşulma), Hindistan (5 mln.) və İndoneziya (4 mln.) qərarlaşıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə abunəçi bazası 6%, analoji rüblə müqayisədə 1% artıb. Bu ilin II rübündə 300 mln. smartfon satılıb. Smartfonların mobil telefonların satışında payı 2013-cü ilin II rübündəki 55%-dən 65%-ə yüksəlib. Genişzolaqlı mobil internet abunəçilərinin 35%-i smartfonlardan istifadə edib ki, bu da bazarın böyük artım potensialına malik olmasından xəbər verir.

Son xəbərlər

Orphus sistemi