Çində ilk dəfə rəqəmsal yuan vasitəsilə təyyarə bileti alınıb

Çində ilk dəfə rəqəmsal yuan vasitəsilə təyyarə bileti alınıb Bununla da Çin kriptovalyutasının mülki aviasiyada istifadəsinin başlanğıcı qoyulub
İKT
7296
16 Aprel , 2021 11:16
Çində ilk dəfə rəqəmsal yuan vasitəsilə təyyarə bileti alınıb

Çində ilk dəfə olaraq təyyarə biletinin alınması üçün rəqəmsal yuandan istifadə olunub.

“Report” “Penpay” xəbər saytına istinadən xəbər verir ki, “Spring Airlines” aviaşirkəti rəqəmsal yuanla edilmiş ödənişi qəbul edib.

Bununla da Çin kriptovalyutasının mülki aviasiyada istifadəsinin başlanğıcı qoyulub.

Rəqəmsal yuanla Şanxay-Şençjen reysi üçün alınmış təyyarə biletinin qiyməti 560 yuan (təxminən 86 dollar) olub.

Çin rəqəmsal valyuta sahəsində dünya liderlərindən biridir. Onun yaratdığı rəqəmsal valyutadan mobil rabitə siqnalı və internetə çıxış olmadan da istifadə etmək olar.

Son xəbərlər

Orphus sistemi