Çində bu il 5G şəbəkəsi genişləndiriləcək

Çində bu il 5G şəbəkəsi genişləndiriləcək Çin hökuməti bu il ərzində ölkənin 50 əsas şəhərində 5G rabitə şəbəkəsinin 50 mindən artıq baza stansiyasını quraşdırmağı nəzərdə tutur.
İKT
28 Avqust , 2019 12:58
Çində bu il 5G şəbəkəsi genişləndiriləcək

Çin hökuməti bu il ərzində ölkənin 50 əsas şəhərində 5G rabitə şəbəkəsinin 50 mindən artıq baza stansiyasını quraşdırmağı nəzərdə tutur.

“Report” “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Çonqkinq şəhərində keçirilən “Smart China 2019” beynəlxalq telekomunikasiya sərgisi çərçivəsində keçirilən 5G texnologiyalarının inkişafına dair forumda Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi İnformasiya Komunikasiya Administrasiya Bürosunun direktoru Han Sia bildirib.

O deyib ki, həmin şəbəkənin qurulmasına dair icazə verdiklərini qeyd edərək, sonrakı mərhələdə qabaqcıl 5G texnologiyasını ölkə boyu yayıb tətbiq etməklə bağlı qarşıda duran vəzifələrdən danışıb.

Qeyd edək ki, iyun ayında nazirlik ölkənin 3 əsas mobil operatoruna, habelə Çin Beynəlxalq Radiosu, Mərkəzi Xalq Radiosu, Mərkəzi Televiziyasının daxil olduqları Çin Media Corporationa hazırda istifadə olunan 4G texnologiyasından 30 dəfə sürətli olan 5G texnologiyasının tətbiqi ilə bağlı lisenziyalar vermişdi.

Son xəbərlər

Orphus sistemi