“Boğaziçi Ventures” fondu İnnovasiyalar Agentliyində nümayəndəliyini açdı

“Boğaziçi Ventures” fondu İnnovasiyalar Agentliyində nümayəndəliyini açdı Azərbaycanda ilk dəfə İnnovasiyalar Agentliyində startapları və innovativ layihələri maliyyələşdirən beynəlxalq vençur fondunun nümayəndəliyi fəaliyyətə başlayıb.
İKT
15 Sentyabr , 2020 14:48
 “Boğaziçi Ventures” fondu İnnovasiyalar Agentliyində nümayəndəliyini açdı

Azərbaycanda ilk dəfə İnnovasiyalar Agentliyində startapları və innovativ layihələri maliyyələşdirən beynəlxalq vençur fondunun nümayəndəliyi fəaliyyətə başlayıb.

Bu barədə “Report”a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Açılış mərasimində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, “Boğaziçi Ventures” fondunun İdarə Heyətinin üzvü və Azərbaycan nümayəndəliyinin rəhbəri Turan Alməmmədov iştirak edib.

Tədbirdə İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli Azərbaycanda innovasiya və yüksək texnologiyalar sahəsinin inkişafı ilə bağlı görülə biləcək işlər və gələcək planlar barədə məlumat verib. Eyni zamanda yerli startapların “Boğaziçi Ventures” fondu ilə geniş əməkdaşlıq perspektivləri haqqında danışılıb.

İnnovasiyalar Agentliyinin tərtib etdiyi startap təsnifatlandırılmadan keçərək A və B kateqoriyalarına təyin olunan bütün startaplar “Boğaziçi Ventures” fondunun Azərbaycandakı startapların inkişafı üçün ayırdığı 5 milyon ABŞ dolları həcmində olan investisiya fonduna müraciət edə bilər. Startaplara investisiya qərarı beynəlxalq standartlar çərçivəsində “Boğaziçi Ventures”in daxili qiymətləndirmə siyasətinə əsasən veriləcək.

Son xəbərlər

Orphus sistemi