Beynəlxalq Rabitə Akademiyasının prezidenti azərbaycanlı akademiklərlə görüşüb - FOTOLAR

İKT
  • 27 iyul, 2019
  • 09:44
Beynəlxalq Rabitə Akademiyasının prezidenti azərbaycanlı akademiklərlə görüşüb - FOTOLAR

BMT-nin nəzdində Beynəlxalq Rabitə Akademiyasının (BRA) Prezidenti Xanen Ositis Anastasiya Petrovna Akademiyanın Azərbaycan bölməsinin akademikləri ilə görüşüb.

"Report"un xəbərinə görə, görüş zamanı ona Akademiyanın Azərbaycan filialında həyata keçirilən işlərlə bağlı məlumat verilib.

BRA-nın Azərbaycan bölməsinin rəhbəri Siruz Abasbəyli Akademiyanın Azərbaycandakı fəaliyyətlərindən danışıb. O, gələcəkdə rəqəmsal layihələrdə Azərbaycan akademiklərinin iştirakını təklif edib.

Görüşdə Rusiya Elmlər Akademiyasının Rusiya Fəlsəfə Cəmiyyətinin həqiqi üzvü, Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının vitse-prezidenti, Moskva Beynəlxalq Rabitə Akademiyasının fəxri akademiki Pərvin Şərifovla yanaşı, akademiyanın üzvləri - Elnur Allahverdiyev, Şükür Məmmədov və digərləri iştirak ediblər. 

Daha sonra E.Allahverdiyev və Ş.Məmmədov akademiyanın diplom və vəsiqələri ilə təltif olundular. 

Qeyd edək ki, Beynəlxalq Rabitə Akademiyasının Azərbaycan filialı 2013-cü ildə açılıb.

44 - Tezliklə