“Bakutel 2018” ilə “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri arasında memorandum imzalanıb

“Bakutel 2018” ilə “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri arasında memorandum imzalanıb Bakı. 5 dekabr. REPORT.AZ/ Bakıda keçirilən 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, Innovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransında “Bakutel 2018” Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və sərginin təşkilatçıları olan “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
İKT
5 Dekabr , 2018 21:52
“Bakutel 2018” ilə “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri arasında memorandum imzalanıb

Bakı. 5 dekabr. REPORT.AZ/ Bakıda keçirilən 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, Innovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransında “Bakutel 2018” Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və sərginin təşkilatçıları olan “Iteca Caspian”“Caspian Event Organisers” şirkətləri arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

“Report” xəbər verir ki, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Iteca Caspian şirkətinin icraçı direktoru Fərid Məmmədov imzalayıblar.

Memoranduma əsasən, tərəflər arasında “KOB Dəstək” programı çərçivəsində birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. İmzalanma mərasimindən sonra çıxış edən Orxan Məmmədov Agentliyin fəaliyyət göstərdiyi qısa müddət ərzində həyata keçirilən tədbirlər haqqında danışıb və qeyd edib ki, bu dövr ərzində bir sıra rayonlarda KOB dostları fəaliyyətə başlayıb, startap, mikro və kiçik bizneslərin inkişafı üçün Vergilər Məcəlləsinə dəyişiklər ilə bağlı təklif hazırlanıb, hansı ki, bu günlərdə Milli Məclisdə qəbul olunub. KOBİA-nın rəhbəri Nəqliyyat, Rabitə və Yüksək Texnologoyalar Nazirliyi ilə əməkdaşlıq çərçivəsində ölkədə sahibkarların maraqlarının qorunması və onların müraciətlərinə operativ baxılması məqsədlə yaradılan “Sahibkarlara Dəstək Sistemi”nə də toxunub və bildirib ki, yeni sistem çərçivəsində hazırlanmış elektron portal onlayn rejimdə sahibkarların hüquqları ilə bağlı maarifləndirmə, müraciətlərə baxılması və onların çevik həlli funksiyasını yerinə yetirəcək. Bu yenilik sahibkarın öz müraciətinə baxılma prosesini izlməsinə, vaxt itkisinin qarşısının alınmasına və müraciətlərə daha operativ və şəffaf rejimdə baxılmasını təmin edəcək: “Biz Memorandumun imzalanmasını alqışlayırıq. Beynəlxalq sərgilərdə iştirak kiçik və orta biznesi təmsil edən şirkətlərə yeni perspektivli işgüzar əlaqələr qurmaqda kömək edəcək. Şübhəsiz ki, sərgi onlar üçün daha yüksək səviyyəyə qalxmaq, biznes mühitdə möhkəmləşmək imkanı yaradır. Memorandumu imzalayaraq biz öz tərəfimizdən bu işə öz töhfəmizi veririk”.

Öz növbəsində “Iteca Caspian” şirkətinin direktoru Fərid Məmmədov bildirib: "Təşkilatlarımızın arasında imzalanan uzunmüddətli memorandum əməkdaşlıq üçün çox yaxşı əsasdır. Bu, sərgilərin inkişafına impuls verəcək, kiçik və orta biznesi təqdim edən şirkətlərin sayını artıracaq". Daha sonra Orxan Məmmədov və Fərid Məmmədov KOBİA, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologoyalar Nazirliyi, “Azercell” və “Bakcell” şirkətləri ilə birgə icra olunan “KOB Dəstək” proqramı çərçivəsində “Bakutel 2018” sərgisində təmsil olunmasına dəstək göstərilmiş startap, mikro və kiçik müəssisələrin stendlərini ziyarət edib, təklif olunan xidmətlərlə tanış olublar.

Son xəbərlər

Orphus sistemi