"Bakcell" "Ulduzum" abunəçiləri üçün növbəti lotereyaya start verib

"Bakcell" "Ulduzum" abunəçiləri üçün növbəti lotereyaya start verib Əsas mükafat Mançesterə səyahət paketidir
İKT
979
19 Yanvar , 2017 16:42
Bakcell Ulduzum abunəçiləri üçün növbəti lotereyaya start verib

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru "Bakcell" şirkəti "Ulduzum" proqramının üzvləri üçün növbəti lotereyasına start verib. 

Şirkətdən "Report"a verilən məlumata görə, lotereyada oynanılan əsas mükafatın şanslı qalibinə şirkət tərəfindən Mançesterə səyahət paketi təqdim olunacaq.

Lotereya çərçivəsində "Bakcell" abunəçiləri 10 ədəd 100 manatlıq, 20 ədəd 50 manatlıq, 40 ədəd 30 manatlıq və 90 ədəd 20 manatlıq hədiyyə kartlarını udmaq şansını qazanacaqlar. Lotereyada oynanılan həftəlik uduş fondu ümumi məbləği 5 min manat təşkil etməklə, 160 ədəd hədiyyə kartından və final oyunda oynanılan bir əsas mükafatdan - Mançester şəhərinə səyahət paketindən ibarətdir.

Lotereyada iştirak etmək üçün “KOD” yazıb 5555 nömrəsinə SMS göndərmək lazımdır. Bu zaman “Bakcell”dən abunəçiyə "Ulduzum" proqramının "L’occitane", "KaTV1", "Domino’s Pizza", "Kids World", "Tusi-Bohm Planetarium", "Poppy gallery", "Karen Millen", "Megafun", "Flo", "Puma" kimi tərəfdaşlarından birində istifadə etmək üçün "Ulduzum kodu" gələcək. Bu xidmətlərdən istifadə zamanı xərclənən məbləğ minimum 10 manat olmalıdır. Qeyd olunan tərəfdaşların mağazalarında edilən hər 10 manat məbləğində alışın müqabilində "Bakcell" abunəçiləri avtomatik olaraq "Ulduzum" lotereyasında iştirak etmək üçün imkan qazanacaqlar. Etdikləri alışların sayından asılı olaraq, şirkət müştəriləri həftəlik və final lotereya oyunlarında iştirak etmək imkanlarının miqdarı barədə məlumat mesajı alacaqlar.

"Ulduzum" lotereyası yanvarın 10-dan martın 21-dək keçiriləcək. Bu müddətdə həftəlik uduşların nəticələri hər çərşənbə axşamı elan ediləcək. Həftənin qalibi olan istənilən iştirakçı eyni zamanda lotereyada oynanılan əsas mükafatın şanslı qalibi ola və Mançester şəhərinə səyahət edə bilər. Lotereyanın final oyunu martın 27-də olacaq.

Qeyd edək ki, "Ulduzum" proqramının 220-dən çox partnyorları siyahısında seçilmiş restoranlar, dəbdəbəli geyim, aksessuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazaları, sağlamlıq, idman və istirahət mərkəzləri və bir sıra xidmət məntəqələri var. Hazırda "Bakcell"in bu proqramının 2 mln.-dan çox abunəçisi var.

Son xəbərlər

Orphus sistemi