“Bakcell” neftçi abunəçilərinə pulsuz danışıq hədiyyə etdi

“Bakcell” neftçi abunəçilərinə pulsuz danışıq hədiyyə etdi “Bakcell” mobil operatorunun xidmətlərindən istifadə edən neftçilər gün ərzində şəbəkədaxili pulsuz danışacaqlar.
İKT
1032
20 Sentyabr , 2020 15:46
“Bakcell” neftçi abunəçilərinə pulsuz danışıq hədiyyə etdi

“Bakcell” mobil operatorunun xidmətlərindən istifadə edən neftçilər gün ərzində şəbəkədaxili pulsuz danışacaqlar.

Bu barədə “Report”a şirkətdən bildirilib.

Qeyd edilir ki, sentyabrın 20-si Azərbaycanda “Əsrin müqaviləsi”nin 26 illiyidir və eyni zamanda Neftçilər Günü kimi qeyd olunur: “Peşə bayramı günü münasibətilə “Bakcell” şirkəti bütün neftçiləri təbrik edib. Bu münasibətlə şirkət onlara təbrik SMS-i yollayıb. Bundan başqa, “Bakcell” neft sektorunda çalışan abunəçilərinə gün ərzində şəbəkədaxili pulsuz danışıq hədiyyə edib.

Beləliklə, “Bakcell” xidmətlərindən istifadə edən neftçilər bu gün heç bir ödəniş etmədən şəbəkədaxili istədikləri qədər zəng edə biləcəklər”.

Son xəbərlər

Orphus sistemi