İnnovasiya və sürət lideri “Bakcell”in dəstəyi ilə azərbaycanlı pilot Gülhüseyn Abdullayev 4-6 aprel tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək “Gulf Radical Cup” yarışında iştirak edəcək. “Bakcell” brendi altında yarışacaq pilotun avtomobil nömrəsi artıq bəllidir – 55!
Sözügedən yarışı 2006-cı ildə əsası qoyulmuş “GulfSport Racing” motosport komandası təşkil edir. Daha ətraflı məlumatı yarışın rəsmi saytına
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda "Bakcell" 3 milyondan çox müştərini yüksək keyfiyyətli, sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
"Bakcell" müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.