“Bakcell” ilə innovasiya dövrü başlayır!

“Bakcell” ilə innovasiya dövrü başlayır! Azərbaycanın ən böyük özəl telekommunikasiya şirkəti olan "Bakcell" yeni brend kimliyini elan etdi.
İKT
25 Aprel , 2024 18:21
“Bakcell” ilə innovasiya dövrü başlayır!

Azərbaycanın ən böyük özəl telekommunikasiya şirkəti olan "Bakcell" yeni brend kimliyini elan etdi.

"Bakcell"in Baş İcraçı Direktoru Klaus Müller aprelin 25-də Bakı Konqres Mərkəzində keçirilən mətbuat konfransında bu xəbərləri jurnalistlərlə bölüşdü.

“Yeni "Bakcell"in məqsədi Azərbaycanın dəyərli xalqına innovativ xidmətlər təqdim etməkdir. Yeni brend kimliyimiz zahiri görünüş, məzmun və mövqeləndirmə müstəvisində cəsarətli dəyişiklikləri əks etdirir. Bununla biz, "Bakcell" daxilində fəaliyyətimizin məqsədini yeni istiqamətə yönləndirəcəyik. Diqqət mərkəzimizdə sırf yeniliklər dayanacaq. Azərbaycana vacib olan və əhəmiyyət kəsb edəcək innovasiyaların gətirilməsi bundan sonra da bizim yolumuzu şimal ulduzu kimi istiqamətləndirəcək”, - Klaus Müller vurğulayıb.

Belə ki, şirkətin yeni vizual həlli 5 dinamik fiqurun ulduz şəklində düzüldüyü və gələcəyə yol açan bir loqonu ərsəyə gətirir. Beləliklə, "Bakcell"in şimal ulduzu bəzən insanları, bəzən məkanları, əksər hallarda isə, dəyərli anları birləşdirərək bir-birinə bağlayır. Bu innovativ dizayn "Bakcell"in rəqəmsal gələcəyə sürətli sıçrayışının təcəssümüdür.

Mətbuat konfransında süni intellektlə dəstəklənən insanabənzər robot təqdim edən "Bakcell" şirkəti, bununla "Bakcell"in müştəriləri ilə qarşılıqlı əlaqəsi və işçi qüvvəsinin potensialını artırmaq üçün yeni innovativ brend kimliyində süni intellektin istifadəsini təsdiqləyib. "Bakcell"in hədəfi qarşıdan gələn innovasiyalar silsiləsi vasitəsilə bütün Azərbaycan ərazisində, xüsusən də Azərbaycan üçün olduqca önəmli və dəyərli anlarla zəngin olan Qarabağda ən sürətli mobil şəbəkəni təmin edərək dəyər təkliflərini artırmaqdır.

Ötən il "Bakcell" şirkəti yeni brend kimliyinin konsepsiyasının hazırlanmasını "Meta" və "Alphabet" kimi beynəlxalq miqyasda tanınmış brendlərlə işləyən İspaniyanın qlobal konsaltinq şirkəti “Saffron”a həvalə edib. "Bakcell" inqilabi yeni innovativ yanaşmanı bütün dəyər zənciri boyunca təqdim etdi. "Bakcell" əsas təchizatçısı "Azerconnect" ilə əməkdaşlıq edir və onlar birlikdə "Cisco", "Huawei", "Nokia", "Ericsson" və digərləri kimi qabaqcıl beynəlxalq təchizatçı və tərəfdaşlarla çalışırlar. Buraya həmçinin "NEQSOL" ailəsi çərçivəsində "Vodafone Ukrayna" və onun tərəfdaşı "Vodafone" qlobal da daxildir.

Artıq bir sıra yeniliklərə start verilib. Növbəti günlərdə "ChatBot" və "VoiceBot" ("Apple"ın Siri-yə bənzər məhsulu) kimi süni intellekt əsaslı danışıq assistentlərimiz müştərilərə təqdim ediləcək. Danışıq assistentlərimiz dərin öyrənmə sahəsində LLM və GPT kimi ən son nailiyyətlərlə təchiz edilib.

"Bakcell" telefonların satışına başlayır və cihaz ilə birlikdə, yalnız "Bakcell" kimi bir telekommunikasiya şirkətinin təklif edə biləcəyi və olduqca əlverişli xidmət təkliflərini müştərilərə təqdim edir. Tezliklə "Bakcell" innovativ və hazırda Azərbaycanda mövcud olan istənilən sürətdən daha sürətli ev internet xidmətləri təqdim edəcək.

Hər zaman Azərbaycan xalqının yanında olan "Bakcell", yenicə elan etdiyi brend kimliyini bugündən başlayaraq bütün ölkə miqyasında, müştəriləri və abunəçiləri ilə qeyd etməyə hazırlaşır. Belə ki, ilk rebrendinq təqdimat tədbiri bu gün, 25 aprel tarixində Bakı Bulvarında baş tutacaq. Tədbirin detalları ilə bağlı məlumat "Bakcell" şirkətinin sosial media kanallarında paylaşılıb. Növbəti tədbirlər regionlarda davam edəcək.

Xatırladaq ki, "Bakcell" 3 milyondan çox abunəçini ölkənin ən sürətli mobil şəbəkəsi ilə təmin edir. Az əvvəl "Bakcell" korporativ müştərilərinə sabit kommunikasiya xidmətləri təklif etməyə başlayıb. Şirkət "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Son xəbərlər

Orphus sistemi