"Bakcell" 5G şəbəkəsinin testinə başlayıb
İKT
- 06 dekabr, 2017
- 08:19
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 dekabr. REPORT.AZ/ Dünən işə başlayan "Bakutel-2017" beynəlxalq sərgisində "Bakcell" şirkəti daha bir yeniliyə imza atıb.
"Report" xəbər verir ki, şirkət 5G şəbəkəsinin test nümayişini həyata keçirib.
Məlumata görə, sınaqlar "Nokia" şirkəti ilə birgə həyata keçirilib.
"Bakcell" şirkətinin mobil şəbəkə operatorlaı ilə əlaqələrin idarə edilməsi üzrə şöbəsinin rəhbəri Samir Məhəmmədov deyib ki, 5G istifadəçilərə 10 Gbit/saniyə sürəti ilə ötürmə imkanı yaradacaq: "Hazırda dünyanın 100-dən artıq ölkəsində belə sınaqlar aparılır. Ümumilikdə isə, dünya üzrə 2020-ci ildən sonra bu texnologiyaya keçiləcək".
Qeyd edək ki, "Bakcell"in daha əvvəl sınaqlara başladığı 4,5G şəbəkəsi 1 GBit/saniyə sürətə malikdir.
Son xəbərlər
21:27
Foto
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Mədəniyyət
21:22
Ərdoğan Ankarada Tokayevlə görüşüb
Region
21:16
Foto
Xankəndidə rəqəmsal texnologiyaların rəqabət mühitinə təsiri müzakirə edilib
Biznes
21:04
Zelenski: Niderland Ukraynaya 1,7 milyard avroluq yardım paketi ayıracaq
Digər ölkələr
20:57
Tramp: Mənim dəstəyim Netanyahu üçün böyük əhəmiyyət kəsb edib
Digər ölkələr
20:56
Azərbaycan Kuboku: "Kəpəz" 1/8 finala yüksələn növbəti komanda olub
Futbol
20:54
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Hadisə
20:49
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Fərdi
20:39
İran və Rusiya nüvə reaktorlarının inşası protokolunu yekunlaşdırır
Region