“AzInTelecom” Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında iştirak edir

“AzInTelecom” Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında iştirak edir Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında (“STC-2025”) iştirak edir.
İKT
24 aprel 2025 14:18
“AzInTelecom” Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında iştirak edir

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında (“STC-2025”) iştirak edir.

Avrasiyanın kosmik təşkilatları, milli peyk operatorları və sənaye nümayəndələrini bir araya gətirən tədbirdə “AzInTelecom” stendlə çıxış edir. Stenddə konfrans iştirakçılarına şirkətin məhsul və xidmətləri haqqında ətraflı məlumat verilir. Kosmik sahədə müxtəlif qurumların təmsilçilərinə lazım olan “bulud” texnologiyaları və rəqəmsal həllər təklif olunur. Eləcə də beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi üçün əhəmiyyətli imkanlar təqdim edilir.

2 gün ərzində davam edəcək tədbir sənaye liderlərinin çıxışları, sessiyalar və panel müzakirələrlə zəngin olacaq. İştirakçılar “STC-2025”də kosmosun gələcəyini formalaşdıran innovasiyalar və tendensiyalarla tanış olacaqlar.

“AzInTelecom” ölkənin ən böyük “bulud” provayderi olaraq 250-dən çox quruma müxtəlif “bulud” xidmətləri təklif edir. “Hökumət buludu” layihəsinin icraçısı olan şirkət, eyni zamanda fərdlər və kiçik bizneslər üçün nəzərdə tutulmuş özünəxidmət “bulud” platforması olan “AzInCloud”u yaradıb. Bundan başqa, “AzInTelecom”a məxsus SİMA brendi altında vətəndaşlara və qurumlara süni intellekt və biometriya texnologiyası əsasında rəqəmsal imza, identifikasiya, avtorizasiya və s. kimi müxtəlif həllər təqdim edilir.

Son xəbərlər

Orphus sistemi