“Azərkosmos”un ötən ay ixracdan gəlirləri 8% azalıb

“Azərkosmos”un ötən ay ixracdan gəlirləri 8% azalıb Bu ilin yanvar-avqust aylarında “Azərkosmos” ASC 30 ölkəyə 30,4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib.
İKT
30 Sentyabr , 2020 12:18
“Azərkosmos”un ötən ay ixracdan gəlirləri 8% azalıb

Bu ilin yanvar-avqust aylarında “Azərkosmos” ASC 30 ölkəyə 30,4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın sentyabr sayında bildirilir. 

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,6% çoxdur. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90%-ni təşkil edib.

Təkcə avqustda isə səhmdar cəmiyyəti 19 ölkəyə 2,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkələrin sayı 11 vahid yaxud 2,4 dəfə, ixracdan gəlir isə 200 min ABŞ dolları və yaxud 8% azalıb.

Yanvar-avqust aylarında xidmətin ixrac edildiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, Malayziya və BƏƏ olub. 

Son xəbərlər

Orphus sistemi