“Azərkosmos”un ixrac gəlirləri 10%-dən çox artıb

“Azərkosmos”un ixrac gəlirləri 10%-dən çox artıb Bu ilin yanvar-iyul aylarında “Azərkosmos” ASC 27 ölkəyə 28,1 mln ABŞ dollarıdəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.
İKT
207
31 Avqust , 2020 12:15
“Azərkosmos”un ixrac gəlirləri 10%-dən çox artıb

Bu ilin yanvar-iyul aylarında “Azərkosmos” ASC 27 ölkəyə 28,1 mln ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın avqust sayında bildirilir. 

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2% çoxdur. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90%-ni təşkil edib.

Təkcə iyulda isə səhmdar cəmiyyəti 19 ölkəyə 6,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkələrin sayı 2 vahid yaxud 9,5%, ixracdan gəlir isə 400 min ABŞ dolları və yaxud 5,8% azalıb.

Yanvar-iyul aylarında xidmətin ixrac edildiyi əsas ölkələr ABŞ, Böyük Britaniya, Fransa, Malayziya və BƏƏ-dir. 

Son xəbərlər

Orphus sistemi