Azərbaycan bu il peyk telekommunikasiya xidmətlərinin ixracından 2 mln. dollar qazanıb
İKT
- 01 aprel, 2019
- 10:28
Bu ilin yanvar-fevral ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 15 ölkəsinə peyk telekommunikasiya xidmətləri ixrac edilib.
“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin mart buraxılışında qeyd olunub.
Məlumata görə, cari ilin ilk ayında “Azərkosmos” ASC peyk telekommunikasiya xidmətlərinin (Azerspace-1) ixracından 2 mln. dollar məbləğində gəlir əldə edib.
“2019-cu ilin fevral ayında isə “Azərkosmos” ASC dünyanın 14 ölkəsinə 952 min ABŞ dolları dəyərində xidmət ixrac edib. “Azərkosmos” ASC-nin 2019-cu ilin yanvar-fevral aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, BƏƏ, Almaniya, Nigeriya və Gürcüstandır”, - məlumatda bildirilir.
Son xəbərlər
20:24
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçimində 1467 namizəd uğur qazanıb
Elm və təhsil20:14
Bakıda İRONMAN70.3 yarışı ilə əlaqədar 13 marşrutun hərəkət sxemi dəyişdiriləcək
İnfrastruktur20:12
Türkiyə Superliqası klubu baş məşqçi postuna Orhan Akı gətirib
Futbol20:06
Peşə təhsil müəssisələrinə tələbə qəbulu üzrə 8791 nəfər müsabiqədən keçib
Elm və təhsil20:03
Rəşad Nəbiyev: Azərbaycan və Tacikistan arasında tranzit daşımaları 8 ayda 17 % artıb
Xarici siyasət20:02
İlhom Abdurahmon: Azərbaycan Tacikistanın ən mühüm və yaxın tərəfdaşlarından biridir
Xarici siyasət19:57
Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib
Digər ölkələr19:54
"Qəbələ" cari mövsüm Premyer Liqada ilk qələbəsini "İmişli" üzərində qazanıb
Futbol19:41