"Azerconnect" Milli Mətbuat Günü münasibətilə jurnalistləri bir araya toplayıb

"Azerconnect" Milli Mətbuat Günü münasibətilə jurnalistləri bir araya toplayıb "Azerconnect" şirkəti 22 iyul Milli Mətbuat Günü münasibətilə Şamaxıda jurnalistlər üçün “Telekommunikasiyada müasir çağırışlar” mövzusunda iki günlük seminar təşkil edib.
İKT
21 İyul , 2023 12:38
Azerconnect Milli Mətbuat Günü münasibətilə jurnalistləri bir araya toplayıb

"Azerconnect" şirkəti 22 iyul Milli Mətbuat Günü münasibətilə Şamaxıda jurnalistlər üçün “Telekommunikasiyada müasir çağırışlar” mövzusunda ikigünlük seminar təşkil edib.

Seminarın keçirilməsində əsas məqsəd telekommunikasiya sahəsində ölkədə və dünyada baş verən yeniliklər, mövcud çağırışlar, Azərbaycanda telekommunikasiya operatorlarının fəaliyyətində tətbiq olunan innovasiyalar və inkişaf perspektivləri barədə media işçilərinin məlumatlılığını artırmaq olub.

"Azerconnect"in marketinq üzrə Baş müdiri Müşfiq Əliyev, Korporativ kommunikasiya departamentinin rəhbəri Əlimərdan Sultanov, İnformasiya texnologiyaları və əsas şəbəkə üzrə aparıcı direktoru Pərviz İsmayılov mətbuat nümayəndələrini jurnalistləri təbrik edərək təqdimatlar ediblər.

Spikerlər "Azerconnect" və onun telekommunikasiya sektorunda göstərdiyi xidmətlər, icra etdiyi layihələr, sözügedən sahədə dinamik dəyişikliklər, müasir çağırışlar, şirkətlərin və müştərilərin gözləntiləri, gələcək inkişaf istiqamətləri barədə ətraflı məlumat veriblər. Daha sonra media nümayəndələrinin çoxsaylı sualları ətrafında fikir mübadiləsi aparılıb.

Seminarda ümumilikdə ölkənin 30-a qədər aparıcı media qurumlarını təmsil edən jurnalistlər iştirak edib.

"Azerconnect" ölkənin dinamik inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində müxtəlif xidmətlər təqdim edən ilk B2B (Business to Business - Biznesdən biznesə) şirkətidir, "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupuna daxildir.

Son xəbərlər

Orphus sistemi