"​Azercell" yeni kampaniyaya başlayıb

"​Azercell" yeni kampaniyaya başlayıb Abunəçilər beynəlxalq zənglərdə 20 və müvafiq olaraq 40% endirimdən yararlana bilərlər
İKT
5 May , 2015 17:53
​Azercell yeni kampaniyaya başlayıb

Bakı. 5 may. REPORT.AZ/ “Azercell Telecom” mayın 5-dən etibarən fakturalı xətt seçilmiş müştəri qrupları üçün yeni biznes paketlərini istifadəyə verib. 

Şirkətdən “Report”a verilən məlumata görə, yeni paket abunəçilərə sərfəli danışıq ilə yanaşı, bir sıra güzəştlər də qazandırır. Belə ki, yeni paketə qoşulan zaman abunəçilər cəmi 10 manat abunə haqqı ödəməklə ölkədaxili danışıqlar üçün 500 dəq, 500 sms və 500 MB internet əldə etmək imkanı qazanırlar. Eləcə də 20 AZN-lik abunə haqqı müqabilində abunəçi ölkədaxili danışıqlar üçün 2000 dəq, 2000 sms və 2000 MB internet əldə edir.

Paketə qoşulmaqla abunəçilər beynəlxalq zənglərdə 20 və müvafiq olaraq 40% endirimdən yararlana bilərlər. Bununla yanaşı, faktura dövrü ərzində hər MB üçün 0.02AZN, əlavə trafikə 95% endirim tətbiq edilir.

Son xəbərlər

Orphus sistemi