​"Azercell" rouminqdə daha bir endirim edib

​"Azercell" rouminqdə daha bir endirim edib Bu, fakturalı xətt abunəçilərinə aiddir
İKT
5 İyun , 2015 17:46
​Azercell rouminqdə daha bir endirim edib

Bakı. 5 iyun. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell" şirkəti rouminqdə olan abunəçiləri üçün internetdə endirim edib. Bu endirimə əsasən, yay mövsümu ilə əlaqədar "Azercell"in fakturalı xətt abunəçiləri rouminq xidməti çərçivəsində Türkiyədə endirimli internetdən faydalana biləcəklər.

"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, indi fakturalı xətt abunəçiləri Türkiyədə olarkən 1 MB internet üçün cəmi 55 qəpik ödəyəcəklər.

Qeyd edək ki, "Azercell" bu günlərdə bütün fakturasız xətt (SimSim) abunəçilərinə rouminq xidməti çərçivəsində istifadə etmək üçün 10 ədəd pulsuz SMS də hədiyyə edib. Şirkət mütəmadi olaraq rouminqdə olan abunəçiləri üçün endirim kampaniyaları həyata keçirir. Bu ildən etibarən rouminqdə olan "Azercell" fakturalı və fakturasız xətt abunəçiləri Telefon Mərkəzinə zəng etdikdə zəngin ilk 5 dəqiqəsini pulsuz danışırlar. 

Şirkət həm də Avropanın 20 müxtəlif ölkəsinə səfər edən abunəçiləri üçün 10 manat ödəməklə bu ölkələrdə 15 dəqiqə danışıq imkanı yaradıb. "Azercell" həmçinin fakturalı xətt abunəçiləri üçün rouminq xidmətlərinin aktiv edilməsi üçün tələb olunan depoziti ləğv edib. Bununla da bütün "Azercell" abunəçiləri istədikləri ölkəyə səfər etməzdən əvvəl rahat şəkildə rouminq xidmətlərini aktiv edə biliblər. Rouminq xidmətini aktiv etmək üçün isə mobil telefondan *135*1#YES kodunu yığmaq lazımdır.

Son xəbərlər

Orphus sistemi