Azercell: Şəbəkədə yaranmış problemi aradan qaldırmaq üçün işlər aparırıq

Azercell: Şəbəkədə yaranmış problemi aradan qaldırmaq üçün işlər aparırıq Bakı şəhərinin bəzi ərazilərində xidmətlərin istifadəsi ilə əlaqədar yaranmış çətinliklərin aradan qaldırılması üçün təcili tədbirlər görülməkdədir.
İKT
16 Oktyabr , 2019 12:35
Azercell: Şəbəkədə yaranmış problemi aradan qaldırmaq üçün işlər aparırıq

"Bakı şəhərinin bəzi ərazilərində xidmətlərin istifadəsi ilə əlaqədar yaranmış çətinliklərin aradan qaldırılması üçün təcili tədbirlər görülməkdədir". 

Bunu "Azercell"in şəbəkəsində yaranmış problemlə bağlı "Report"un sorğusuna cavab olaraq "Azercell Telecom" MMC-dən bildirilib.

Qurumun açıqlamasında deyilir ki, qısa müddət ərzində bu istiqamətdə normal fəaliyyət bərpa ediləcək.

Xatırladaq ki, bu gün səhər saatlarından etibarən "Azercell"in şəbəkəsində problem yaranıb. Belə ki, mobil operatorun abunəçilər zəng və internet xidmətlərindən istifadə edə bilmirlər.

Son xəbərlər

Orphus sistemi