“Azercell Könüllüləri” Qurban bayramı münasibəti ilə xeyriyyə aksiyası keçirib

“Azercell Könüllüləri” Qurban bayramı münasibəti ilə xeyriyyə aksiyası keçirib “Azercell Könüllüləri” Qurban bayramı münasibətilə “Nəsilləri birləşdirən könüllər” aksiyası təşkil edib.
İKT
10 İyul , 2023 18:07
“Azercell Könüllüləri” Qurban bayramı münasibəti ilə xeyriyyə aksiyası keçirib

“Azercell Könüllüləri” Qurban bayramı münasibətilə “Nəsilləri birləşdirən könüllər” aksiyası təşkil edib.

Bu təşəbbüs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial Xidmət müəssisəsinin sakinlərini və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Qadın və Uşaq sığınacağında məskunlaşmış uşaqları əhatə edib.

Aksiyanın əsas məqsədi yaşlı və gənc nəsli bir araya gətirmək, ahıl şəxslərin tövsiyə və həyat təcrübələrini uşaqlara ötürmək, hər iki nəslin nümayəndələrinə xoş əhvali-ruhiyyə bağışlamaq olub. Bilgəh qəsəbəsində yerləşən Ahıl Şəxslər üçün Sosial Xidmət müəssisəsində baş tutan tədbirdə 300-ə yaxın insan iştirak edib. “Azercell Könüllüləri” ahıllar və uşaqlar üçün birgə əyləncə proqramı təşkil edib, iştirakçılara hədiyyələr veriblər.

“Azercell Könüllüləri” təşkilatı 2004-cü ildən fəaliyyət göstərir və həssas qrupa aid şəxslərə dəstək olur. Sosial məsuliyyət öhdəliklərinə və xeyriyyə ənənələrinə sadiq olan "Azercell" şirkətinin əməkdaşları bu istiqamətdə fəaliyyətini davam etdirir.

Son xəbərlər

Orphus sistemi