​“Azercell” “Hədiyyəli Balans” kampaniyası həyata keçirir

​“Azercell” “Hədiyyəli Balans” kampaniyası həyata keçirir Kampaniyada iştirak edən abunəçilər 25 000 manat qazanmaq imkanı əldə edəcəklər
İKT
11 Mart , 2016 20:23
​“Azercell” “Hədiyyəli Balans” kampaniyası həyata keçirir

Bakı. 11 mart. REPORT.AZ/ “Azercell Telecom” Novruz bayramı ərəfəsində daha bir kampaniyaya start verib. Şirkətdən “Report”a bildirilib ki, “Azercell” bu dəfə SimSim abunəçiləri üçün bu il martın 7-dən gələn il martın 5-dək “Azercell”dən Hədiyyəli Balans” kampaniyası həyata keçirir.

Kampaniya çərçivəsində SimSim abunəçiləri hər gün 1000 manat, hər həftə 10 000 manat və hər ay “Super Priz” 25 000 manat qazanmaq imkanı əldə edirlər. Ümumilikdə, kampaniyanın uduş fondu 1 mln. 27 min manat təşkil edir.

Kampaniyaya qoşulmaq üçün göstərilən tarixlər ərzində abunəçi ödəniş kartı və ya digər müxtəlif ödəmə vasitələrilə (Simkredit və Paycell istisna olmaqla) balansını ən azı tam olaraq 1 manat məbləğində artırıb 5353 qısa nömrəsinə boş SMS göndərməlidir. Nömrəyə göndərilən SMS pulsuzdur, balansını ən azı 1 manat məbləğində artırıb, göndərilən hər SMS-lə abunəçi lotereyada iştirak üçün 20 xal qazanır. Bu müddət ərzində yeni “Azercell” nömrəsini aktiv edən abunəçi stimullaşdırıcı tirajlı lotereyada iştirak etmək üçün əlavə olaraq 5353 qısa nömrəsinə 5 pulsuz SMS göndərmək imkanı da əldə edəcək.

Məlumat üçün qeyd edək ki, lotereya iştirakçısı “STOP” yazaraq göndərməklə lotereyada iştirakını dayandıra da bilər. Kampaniya çərçivəsində iştirakçılara hər hansı mağazalar şəbəkəsindən endirim və güzəştlər də təklif olunacaq.

Son xəbərlər

Orphus sistemi