"Azercell" gənclər üçün yeni müsabiqə elan edib

"Azercell" gənclər üçün yeni müsabiqə elan edib Müsabiqə 5 gün davam edəcək
İKT
19 Aprel , 2017 20:14
Azercell gənclər üçün yeni müsabiqə elan edib

Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” MMC mütaliə sevərlər üçün hazırladığı “Gənclər kitab oxuyur” layihəsində qiraətçi qismində iştirak etmək arzusunda olan gənclər üçün müsabiqə elan edib. 

Bu barədə "Report"a şirkətdən məlumat verilib.

Bildirilib ki, müsabiqəyə qatılmaq üçün natiqlik və qiraət bacarığına güvənən 18-29 yaş arası gənclər [email protected] ünvanına özləri haqqında qısa məlumat, foto, əlaqə nömrəsi və səs nümunəsi göndərməlidirlər. Gənclərin sevdikləri kitabdan 2-3 cümlə səsləndirməsi bu müsabiqədə iştirak etməyə kifayət edəcək. Eyni zamanda səs nümunələri istənilən səsyazma cihazı (mobil telefon, diktofon) vasitəsi ilə qeydə alına bilər. Ən yaxşı qiraətçilər "Azercell" şirkətinin mütəxəssisləri tərəfindən seçilərək “Gənclər kitab oxuyur” layihəsi çərçivəsində "Starbucks" kafesində publika qarşısında kitab oxuyacaqlar. Müsabiqə 5 gün (aprelin 19-dan 23-dək) davam edəcək. Qaliblər aprelin 26-da elan olunacaq.

Qeyd edək ki, "Azercell"in “Gənclər kitab oxuyur” layihəsinin əsas məqsədi gənclər arasında mütaliə mədəniyyətini artırmaq, yerli müəlliflərimizi tanıtmaq, eləcə də dinamik həyatımızda intellektual istirahət imkanı təqdim etməkdir.

Son xəbərlər

Orphus sistemi