Bakı. 24 aprel. REPORT.AZ/ Dünən və bu gün Azərbaycanın internet resursrlarına kiberhücumların sayı artıb. Bunu "Report"a Azərbaycan
Qeyd olunub ki, bu hücumlar əsasən qondarma “erməni soyqırımı”nın 100-cü il dönümü ilə əlaqədar həyata keçirilir. CERT-in xəbərinə görə, bu günlərdə əsas kiberhücumların hədəfi dövlət və özəl sektorunun mənbələridir.
"Bununla əlaqədar olaraq, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi (CERT) bu istiqamətdə intensiv şəkildə bir sıra təhülkəsizlik tədbirləri, maarifləndirmə işləri həyata keçirib. İlk növbədə internet provaderlərə və aiddiyyatı qurumlara xəbərdarlıq məktubları göndərilib. Gözlənilən təhlükə ilə bağlı onların öz təhlükəsizlik tədbirlərini daha da gücləndirilməsi tövsiyə edilib", - deyə Mərkəzdən bildirilib.
Qeyd edək ki, digər illərə nisbətən bu il CERT maarifləndirmə və elektron təhlükəsizlik sahəsi ilə bağlı işlərin keyfiyyətini daha da gücləndirib, habelə kadrların peşəkarlığı artırılıb.