Azərbaycanın ikinci telekommunikasiya peykinin bu il kosmosa buraxılması planlaşdırılır

İKT
  • 07 iyun, 2018
  • 09:43
Azərbaycanın ikinci telekommunikasiya peykinin bu il kosmosa buraxılması planlaşdırılır

Bakı. 7 iyun. REPORT.AZ/ Azərbaycanın ikinci telekommunikasiya peyki "Azerspace-2"nin bu il kosmosa buraxılması planlaşdırılır.

"Report" xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Nazir müavini peykin bu ilin yay aylarında buraxıla biləcəyini diqqətə çatdırıb.

O, bununla bağlı dəqiq vaxtın bəlli olmadığını vurğulayıb.