Azərbaycanda yerüstü kosmik infrastruktur üçün xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq

Azərbaycanda yerüstü kosmik infrastruktur üçün xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq Azərbaycanda yerüstü kosmik infrastrukturun istismarına lazımi şərait yaradılması üçün onların ətrafında Torpaq Məcəlləsinə uyğun olaraq xüsusi hüquqi rejimli mühafizə zonaları yaradıla bilər.
İKT
11 May , 2023 11:23
Azərbaycanda yerüstü kosmik infrastruktur üçün xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq

Azərbaycanda yerüstü kosmik infrastrukturun istismarına lazımi şərait yaradılması üçün onların ətrafında Torpaq Məcəlləsinə uyğun olaraq xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq.

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin adından Milli Məclisə təqdim olunmuş, Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan "Kosmik fəaliyyət haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, yerüstü kosmik infrastruktura aşağıdakılar aid edilir:

- kosmik obyektlərin yerüstü idarəetmə mərkəzləri;

- kosmik fəzada olan kosmik obyektlə telekommunikasiyanı təmin edən yer stansiyaları;

- kosmik raket kompleksləri və vasitələri, kosmik obyektlərin uçuş və eniş poliqonları və platformaları, kosmik uçuşların yerüstü idarəetmə məntəqələri;

- kosmik uçuşlara hazırlıq mərkəzləri;

- kosmik obyektin saxlanc yerləri və sınaq məntəqələri;

- kosmik fəaliyyət üçün zəruri olan digər yerüstü kosmik infrastruktur qurğular və vasitələr.

Son xəbərlər

Orphus sistemi